Çapa göndər

"Mançester Yunayted"dən ardıcıl ikinci qələbə

"Mançester Yunayted"dən ardıcıl ikinci qələbə

"Qırmızı Şeytanlar" Premyer Liqanın dördüncü turunun açılış matçında "Sautempton" klubunun qonağı olub. Bərabər səviyyədə keçən ilk hissədə qol səsi eşidilməyib. İkinci hissəyə fəal başlayan Erik Ten Haq'ın yetirmələri 55-ci dəqiqədə istəklərinə çatıblar. Dieqo Dalot'dan dəqiq ötürmə alan həmyerlisi Bruno Fernandeş topu saxlamadan "Müqəddəslər"in qapısından keçirib. Oyunun qalan dəqiqələrində qapılara başqa qol vurulmayıb. Minimal hesablı qələbə əldə edən "Mançester Yunayted" ilk iki turda məğlub olduqdan sonra ardıcıl ikinci qələbələrini qazanıblar.

  • 27 avqust 2022 - 17:39