Çapa göndər

Bu gün ölkə çempionatında yeni mövsümə start verilir

Bu gün ölkə çempionatında yeni mövsümə start verilir. İlk turun açılış matçında Gəncənin "Kəpəz" komandası 2Zirə" ilə qarşılaşacaq. Görüş saat 19:30-da "Dalğa Arena"da keçiriləcək. Son çempion "Qarabağ" sabah saat 20:00-da bu mövsüm Mahmud Qurbanovun baş məşqçisi olduğu "Səbail" komandasını qəbul edəcək. Bazar günü turun daha iki oyunu olacaq. "Şamaxı" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. Həmin görüş 17:00-da başlanacaq. "Sabah" - "Sumqayıt" matçı saat 19:15-də olacaq. Tura "Turan Tovuz" - Qəbələ" oyunu ilə yekun vurulacaq.  

  • 05 avqust 2022 - 10:05