Çapa göndər

Avropa Liqasının qalibi bəlli olub

Avropa Liqası Final.

Ayntraxt - Qlazqo Reyncers 1:1 penalti seriyası 5:4

"Sevilya"da keçirilən final matçında Almaniya'nın "Ayntraxt" və "Şotlandiya"nın "Qlazqo Reyncers" komandaları qarşılaşıb. Turnir boyu "Barselona", "Betis", "Vest Hem" kimi iddialı komandaları mübarizədən kənarlaşdıran "Ayntraxt" həlledici matçda favorit hesab olunurdu. İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. 57-ci dəqiqədə Co Aribo yaxın məsafədən dəqiq oynayaraq komandasını hesabda önə çıxarıb. Lakin "Şotland"ların sevinci çox çəkməyib. Rafael Santos Borre 69-cu dəqiqədə komanda yoldaşı Filip Kostiç'in ötürməsindən sonra topu qapıdan keçirərək tarazlığı bərpa edib. Matçın qalan dəqiqələrində tərəflərdən heç biri fərqlənə bilməyincə əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Lakin burada nə "Ayntraxt" futbolçuları nədəki "Qlazqo Reyncers" futbolçuları qol vurmağı bacarmayıblar. Penalti seriyasında "Yuventus"dan icarəyə götürülən Uels"li yarımmüdafiəçisi Aaron Remzi qapıçı ilə dueldən məğlub ayrılaraq komandasının titulsuz qalmasına əsas səbəbkarı olub.

  • 19 may 2022 - 16:41