Çapa göndər

David Luiz: "Arsenal" klubuna keçdiyimdən məmnunam

David Luiz: Bura gəlmək möhtəşəm hissdi. Futbolçu olaraq həyatımda yeni bir səhifədir. Bu böyük klub üçün oynamaqdan ötrü həyəcanlıyam. Həyatımda hər zaman çətin olanı etməyi sevmişəm. Birşeyləri yoxlamaqdan heç vaxt qorxmamışam. Məncə bir çox oyunçu mənim verdiyim qərarı verməyə cəsarət etməzdi. Mən böyük işlər görməyi sevirəm. Mənim "Çelsi" karyeram artıq bitdi, hazırda bu kluba aidəm. "Arsenal" böyük klubdur, təkcə İngiltərənin deyil dünyanın ən böyük klublarından biridir. Bu böyük kluba gəlmək fürsətim olduğu zaman onu geri çevirə bilməzdim. Emeri'ni, Raul'u, Edu'nu, komandanın keyfiyyətini, oyunçularını yaxşı tanıyıram. Buradakı gələcəyi xəyal etmək məni həyəcanlandırır. Məqsədim "Arsenal" ilə birşeylər qazanmaqdır. Obameyanq və Lakazette'in qarşını almaq çox çətin idi. İndi onlarla eyni komandada olduğuma sevinirəm. İşim daha asan olacaq.

  • 09 avqust 2019 - 11:09