Çapa göndər

Şahruddinin komandası "Trabzonspor"a minimal hesabla qalib gəldi

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubu "Adana Demirspor" Türkiyə Superliqasında 8-ci tur oyununu keçirib.

Sportteam.az xəbər verir ki, komanda doğma meydanda  "Trabzonspor"u qəbul edib. 

Qarşılaşma "Adana Demirspor"un minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Şahruddin bu görüşün iştirakçısı olmayıb. O, oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Adana Demirspor" hazırda 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

  • 07 oktyabr 2023 - 10:38