Çapa göndər

Edi növbəti beynəlxalq turnirdə çıxış edib

SPORTTEAM/ Badmintonçumuz Edi Reski Dviçayo Nigeriyanın Laqos şəhərində keçirilən "Lagos International Badminton Classics 2019" turnirində çıxış edib. Edi "International Challenge" seriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Badmintonçumuz 1/16 finalda Slovakiya idmançısı Milan Dratvanı 2:0 (21-19,21-6) hesabı ilə məğlub edib. Dviçayo 1/8 finalda Kanada təmsilçisi Sankirs üzərində 2:0 (21-12,21-17) hesablı qələbə qazanıb. Edi 1/4 finalda turnirin 1 nömrəli reytinq favoriti İsrail badmitonçusu Mişa Zilbermanla qarşılaşıb. Dviçayo təcrübəli rəqibinə 0:2 (17-21,17-21) hesabı ilə uduzub. Turnirin ən güclü 8 idmançısı sırasına yüksələn Edi bu nəticə sayəsində aktivinə 2200 reytinq xalı yazdırıb. 

  • 29 iyul 2019 - 11:10