"Puşkaş Arena"da turnirin ən çox qalibi olmuş "Sevilya" final matçında İtaliyanın "Roma" klubu ilə qarşılaşıb. Görüşə fəəal başlayan İtalyanlar 12-ci dəqiqə hesabı açmağa yaxın olsalarda Leonardo Spinazzolanın yaxın məsafədən zərbəsini qapıçı Yasin Bono dəf etməyi bacardı. İlk hissənin sonuna 11 dəqiqə qalmış Canluka Mançini'dən dəqiq ötürmə alan Paulo Dibala topu Yasin Bono'nun qapısından leçirərək komandasını hesabda önə çıxardı. Hissəyə əlavı olunmuş dəqiqələrdə İvan Rakitiç'in uzaq məsafədən endirdiyi zərbə qapı dirəyindən geri qayıtdı. İkinci hissədə hücumların kəsərini artıran "Sevilya" 55-ci dəqiqədə istəyinə çatdı. Xesus Navas'ın sağ cinahdan cərimə meydançasına ötürməsindən sonra Canluka Mançini topu öz qapısına vurdu 1:1. Matçın qalan dəqiqələrində tərəflər bir neçə dəfə fərqlənməyə yaxın olsalarda hesab dəyişmədi. Əsas vaxt bərabərə tamamlandığından əlavə vaxta ehtiyac duyuldu. Burada da hesab dəyişməyincə qalibi penaltilər müəyyən etdi. Daha dəqiq oynayan "Sevilya" tarixində 7-ci dəfə Avropa Lİqasının qalibi oldu.