Ölkə çempionluğunu bir neçə tur öncə rəsmiləşdirmiş "Qarabağ" son turda "Turan Tovuz"u doğma meydanda 3:1 hesabı ilə məğlub etdi. "Neftçi" evində "Sabah"ı Emin Mahmudov'un qolu sayəsində minimal hesablı qələbə qazandı. "Zirə" səfərdə "Sumqayıt:a üç cavabsız qolla məğlub etsə də Avrokuboklara vəsiqə qazana bilmədi. Səbəb "Qəbələ"nin "Kəpəz"lə 1:1 heç-heçə edərək Konfrans Liqasına vəsiqəni təmin etməsi oldu. "Səbail" "Asco Arena" 1:0 hesabı ilə "Şamaxı"ya qalib gələrək yüksək dəstədəki yerini qorunu "Şamaxı" isə növbəti mövsümdən etibarən Birinci Divizionda mübarizə aparmalı olacaq.