Qazilərimiz İsveçrə Qran Prisində iştirak edəcəklər

24 may 2023 - 10:27

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvləri Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran Pridə ölkəmizi təmsil edəcəklər. Hər iki idmançı Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib. Ömər Bozbaxov və Ramiz Sadıqlı nüvə itələmə növündə iştirak edəcəklər. 

Qran Pri car ilin iyul ayında Fransanın paytaxtı Pris şəhərində keçiriləcək Dünya Çempionatına lisenziya qazandırır. Qeyd edək ki atletika idman növü üzrə milli komandanın digər üzvü Qarabağ qazisi Rasim Yaxxin daha öncə keçirilmiş yarışlarda yüksək nəaliyyətlər ələdə edərək artıq Dünya Çempionatında iştirakını təmin edib. İsveçrə Qran Prisində iştirak edəcək komandamıza uğurlar arzulayırıq. 

  • 24 may 10:27
  • 186

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search