"Zirə" doğma meydanda "Kəpəz"lə heç-heçə etdi

12 may 2023 - 21:54

Ölkə Çempionatında 34-cü turun oyunlarına start verilib. Turun açılış matçında "Zirə" "Kəpəz" ilə üz-üzə gəlib. Görüşə fəal başlayan meydan sahibləri 23-cü dəqiqədə hesabda önə çıxmağa yaxın olsada Hamidu Keyta'nın zərbəsi qapı dirəyindən qayıdıb. 40-ci dəqiqədə Hamidu Keyta fərqlənsədə hakim forvardın qolunu hesaba almayıb. İlk hissənin qolsuz başa çatacağı gözlənilsə də hakimin fasiləyə əlavə etdiyi üçüncü dəqiqədəYeqor Kvalko yaranan qarşlıqdan maksimum yararlanaraq komandasını hesabda önə çıxarıb. İkinci hissədə hücumlarının kəsərini artıran Rəşad Sadıqov'un öyrənciləri 51-ci dəqiqədə oyuna sonradan daxil olan Toni Qomez'in qoluyla hesaba tarazlıq gətiriblər. Matçın qalan dəqiqlərində hər iki tərəfin cəhdlərinə rəğmən qapılara başqa qol vurulmayıb 1:1.

  • 12 may 21:54
  • 33

Digər xəbərlər

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search