Bakıda keçirilən Minifutbol turniri başa çatıb

07 may 2023 - 13:17

Bakı şəhərində keçirilən Minifutbol turniri sona çatıb. Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turniri başa çatıb. 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçirilən turnirdə 10 ölkənin milli komandası mübarizə aparıb. Turnirin final görüşündə 2Çexiya" və "Serbiya" yığmaları üz-üzə gəlib. 4:3 hesabı ilə qələbə qazanan "Çexiya" millisi turnirin qalib olub. 3-cü yer uğrunda yunda isə "Azərbaycan" və "Qazaxıstan" seçmə komandaları qarşılaşıb. Dörd qolun vurulduğu görüş 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Qazaxıstan" yığması qələbə qazanıb. Turnirin bağlanış mərasimində qalib komandaya kubok təqdim edilib. Eyni zamanda turnirin ən yaxşı qapıçısı Ondrey Boran - "Çexiya", ən sərrast futbolçu Denis Lanka - "Çexiya" və ən yaxşı futbolçu adına layiq görülmüş Vasilin Qubereniç - "Serbiya" AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. 

  • 07 may 13:17
  • 41
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search