"Şamaxı" "Kəpəz" "Qarabağ" "Zirə" ilə heç-heçə etdi

21 aprel 2023 - 23:40

Ölkə Çempionatında 31-ci turun oyunlarına start verilib. Turun aşılış matçında iki bölgə təmsilçisi "Şamaxı" və "Kəpəz" komandaları üz-üzə gəlib. Bərabər səviyyədə keçən ilk hissədə hesab 34-cü dəqiqədə açılıb. Emin Zamanov dəqiq zərbə ilə meydan sahiblərini hesabda önə çıxarıb. Lakin "Şamaxı" komandasının sevinci cəmi dörd dəqiqə çəkib "Kəpəz"in yarımmüdafiəçisi Abdullahi Şaybu hesaba tarazlıq gətirib. İkinci hissədə hər iki komandanın cəhdlərinə rəğmən qapılara başqa qol vurulmayıb. Günün digər matçında lider "Qarabağ" - "Zirə"ni qəbul edib. İlk hissədə qol səsi eşidilməyib. İkinci hissədə hücumlarının kəsərini artıran "Köhlən Atlar" Marko Yankoviç'in cərimə zərbəsindən vurduğu qolla hesabda önə çıxıb. Buraxılan qolun şokundan ayılmamış qonaqlar qapısında daha bir qol görüb. Bu dəfə Ramil Şeydayev adını tabloya yazdırıb 2:0. "Qarabağ"ın oyunun qalan dəqiqələrinə kimi qələbəni əldən verməyəcəyi gözlənilsədə "Zirə" komandası əzmkarlıq nümayiş etdirərək məğlubiyyətdən xilas olmağa müvəffəq olub. Öncə Hamidu Keyta yaxın məsafədən fərqlənərək hesab arasındakı fərqi bir topa çatdrıb. 65-ci dəqiqədə Vladislav Kulaç "Zirə"nin bərabərlik qolunu vurub 2:2.

  • 21 aprel 23:40
  • 64

Digər xəbərlər

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search