İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir. Tura "Malyorka" - "Osasuna" oyunu ilə start verilib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Lider "Barselona" gözlənildiyi səfərdə "Elçe" üzərində asan qələbə qazandı 4:0. "Barselona"nın çempionluq yolunda əsas rəqibi "Real Madrid"evində "Valydolid"in qapısında 6 cavabsız top keçirib. "Atletiko Madrid" doğma meydanda "Betis"i Anhel Korreanın yeganə qolu sayəsində məğlub edib. "Selta" - "Almeriya" görüşü məhsuldar heç*heçə ilə başa çatıb 2:2. "Kadiz" evində "Sevilya"ya 0:2 hesabı ilə uduzub. "Villareal" - "Real Sosyedad" görüşündə də eyni hesab qeydə alınıb. Lakin burada sevinən tərəf meydan sahibləri olub. "Atletik Bilbao" doğma meydanda "Xetafe"nin müqavimətini qıra bilməyib 0:0. Tura bu gün keçiriləcək "Valensiya" - "Rayo Valekano" oyunu ilə yekun vurulacaq. Qeydə alınan nəticələrdən onra "Barselona" 71 xalla yarış cədvəlinə başçılıq edir. Aktivində 59 xalı olan "Real Madrid" ikinci mövqedə qəralaşıb. Keçirdiyi 27 oyundan sonra 54 xal yığan "Atletiko Madrid" üçüncüdür.
Нравится
Комментировать
Поделиться