İngiltərə çempionatının 29-cu turunda "Çelsi"nin doğma "Stemford Bric"də "Aston Villa"ya 0:2 hesabı ilə uduzması klub rəhbərliyinin səbr kasasını doldurub. Ardıcıl uğursuz nəticələrdən "Çelsi" 47 yaşlı baş məşqçisi Qrehem Potter'lə yollarını ayırmaq qərarına gəlib. Fabritsio Romano yazdığına görə London klubu boş qalan vəzifəyə bu yaxınlarda "Bavariya" ilə yollarını ayıran Yulian Nagelsmann'ın gətiriləcəyini bildirib.