Naxçıvan Muxtar Respublika təmsilçisi "Araz Naxçıvan" komandası Azərbaycan futbol tarixinə düşüb. "Araz Naxçıvan" 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan lakin qalib gəlməyi bacaran ilk komanda olub. Bu Birinci Divizionun 22-ci turunda "Turan Tovuz-2" klubu ilə səfər matçında baş verib. Qonaq komanda həmin görüşdə rəqibini 6:5 hesabı ilə məğlub edib.