Çempionlar Liqası

"İnter" və "Mançester Siti" 1/4 finalda

15 mart 2023 - 15:11

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları keçirilir.

"Cüzeppe Meazza"da "Porto"nu Romelu Lukaku'nun yeganə qolu sayəsində məğlub edən "İnter" qonaq meydanda sərfəli nəticə əldə edib. Görüş qolsuz bərabərə sonuclanınca İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb. "Porto" isə bu mövsümlük Avrokuboklara vidalaşmaq məcburiyyətində qalıb. Günün digər matçı İngiltərə'də baş tutub. "Mançester Siti" doğma meydanda Almaniya'nın "Leyptsiq" komandasını qəbul edib. Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Görüşün favoriti hesab olunan Pep Qvardiola'nın komandası rəqibinə futbol dərsi keçib. 7:0 hesabı ilə inamlı qələbə qazanan "Mançester Siti"də Erlinq Haaland penta-trik müəllifi olub

  • 15 mart 15:11
  • 38
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search