İspaniya La Liqasında 25-ci turun oyunları keçirilib. Tura Jirona - Atletiko Madrid oyunu ilə yekun vurulub. İlk hissəsi bərabər səviyyədə keçən oyunda qol səsi eşidilməyib. İkinci hissədə hücumlarının kəsərini artıran qonaq komanda 90-cı dəqiqədə oyuna sonradan daxil olan Alvaro Morata'nın qoluyla qələbə qazanıb.