Niderland yığmasının qolkiperi Yasper Silessenin keçmiş sevgilisi Mariya Moran onu şantajda ittiham edir. 33 yaşlı Mariya qapıçının ona təzyiq göstərdiyini açıqlayıb. Mariya hamilə olan zaman Silessen abort üçün dəfələrlə ona xəbərdarlıq etdiyini bildirib. Məni çox qorxudurdu. Deyirdi ki, istədiyimi etməsəm şəxsi foto və videolarımı paylaşacaq. Mariya Moranın vəkili tərəfindən qapıçıya qarşı müxtəlif cinayət və mülki işlər qaldırılıb.