"Mançester Yunayted" fırtınası əsməyə davam edir.

20 fevral 2023 - 16:15

İngiltərə Premyer Liqasında 24-cü turun qarşılaşmalarına yekun vurulub. Mövsümə uğursuz start verməsinə baxmayaraq "Mançester Yunated" toparlanmağa müvəffəq olub. Son turlar əla performans sərgiləyən "Qırmızı Şeytanlar" "Old Trafford"da "Lester"i qəbul edib. Görüş 3:0 hesabı ilə Erik Ten Haq'ın öyrəncilərinin xeyrinə yekunlaşıb. Qeyd edək ki, "Mançester Yunated"in heyətində Markus Raşford iki Ceydon Sanço bir dəfə fərqlənərək adını tabloya yazdırıb. Mançester şəhərinin digər təmsilçisi "Mançester Siti" ötən tur lider "Arsenal"ı səfərdə məğlub etsədə bu tur gözlənilmədən "Nottingem Forest"lə matçda gözlənilmədən xal itkisinə məruz qalıb. Görüş 1:1 hesabı ilə bərabərə tamamlanıb. "Arsenal" çətin Birmingem səfərində "Aston Villa"ya 4:2 hesabı ilə qalib gələrək yenidən yarış cədvəlində vahid liderliyi ələ keçirib. Antonio Konte'nin çalışdırdığı "Tottenhem" digər London təmsilçisi "Vest Hem"ə iki cabasız qolla qalib gəlib. Qış transfer pəncərəsində səs-küylü transferlərlə diqqətləri öz üzərinə cəlb edən "Çelsi" isə hələki heç cürə qara zolaqdan çıxa bilmir. "Zədəganlar" bu tur turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sautgempton"a minimal hesabla məğlub olub. Doğma meydanda "Liverpul"a 0:2 hesabı ilə uduzan "Nyukasl"ın 17 oyunluq məğlubedilməzlik seriyası sona çatıb. "Brayton" - "Fulhem" matçının müqəddaratını bir qol həll edib. 88-c id əqiqədə Monor Salomon'un vurduğu qol qonaq komandaya üç xal gətirib. "Brentford" - "Kristal Pelas" görüşündə qalib müəyyən olunmayıb 1:1. Şon Dayç'ın gəlişi ilə yüksəlişə keçən "Everton" evində "Lids/"i 1:0 hesabı ilə məğlub edib. "Vulverhempton" - "Bornmut" oyunu da eyni hesabla başa çatıb. Lakin burada qələbəni bayram edən tərəf ikincilər olub. 

  • 20 fevral 16:15
  • 105

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search