Misli Premyer Liqada 23 turdan sonra qeydə alınan yarış cədvəli.
Son ölkə çempionu "Qarabağ" "Zirə" səfərindən minimal hesablı qələbə ilə qayıdaraq liderliyini daha da möhkəmləndirib. "Sabah" gözlənilmədən doğma meydanda "Turan Tovuz"a uduzaraq 53 xalda qalıb. "Səbail"i "Bakcell Arena"da 3:0 hesabı ilə üstələyən "Neftçi" "Sabah"a bir qədər yaxınlaşıb. Turu məğlubiyyətlə başa vuran "Zirə" 32 xalda qalıb. Ondan bir xal az toplayan "Qəbələ"nin 31 xalı var. "Turan Tovuz" gözlənilməz səfər qələbəsi sayəsində xalların sayını 26-ya çatdırıb. "Sumqayıt" 18 xalla 7-ci mövqedədir. Gəncə'də "Şamaxı"nı 3:2 məğlub edən "Kəpəz" 17 xalla 8-ci pillədə qərarlaşıb. Aktivində 16 xalı olan "Şamaxı" və "Səbail" komandaları müvafiq olaraq 9 və 10-cu sırada yer alıblar.