"Qalatasaray"a dur deyən tapılmır

30 yanvar 2023 - 20:59

Türkiyə Superliqasında növbəti turun qarşılaşmaları keçirilib. Yarış cədvəlinin birinci mövqeyində qərarlaşan "Qalatasaray" qarşısına çıxan rəqibi əzib keçməkdə davam edir. Okan Buruk'un komandasının bu dəfəki qurbanı "Giresunspor" olub. 4:0 hesabı ilə qələbə qazanan "Qalatasaray"ın qollarını Mertens, Dyubua, Raşitsa və Akgün vurub. 2Qaalatasaray"ın bu mövsüm çempionluq yolunda əsas rəqibi hesab olunan "Fənərbağça"da turun üç xalla başa vurub. Doğma meydanda "Kasımpaşa"nı qəbul edən Jorje Jesuz'un öyrənciləri 24-cü dəqiqədə hesabda geri düçməsinə rəğmən Ener Valensiya'nın 4 və Mişi Batşuayi'nin 1 qolu sayəsində rəqibini darmadağın edib 5:1. İstanbulun digər təmsilçisi "Beşiktaş"da aktivinə növbəti üç xalı yazdırıb. Şenol Günəş'in komandası evində "Alanyaspor"u üç cavabsız qolla üstələyib. Altı qolun qyedə alındığı "İstanbulspor" - "Kayserispor" matçında qonaq komanda 4:2 hesabı ilə medandan qalib ayrılıb. Nuri Şahin'in çalışdırdığı "Antalyaspor" doğma meydanda "Ümraniyespor"a 3:2 hesabı ilə qalib gəlib. "Trabzonspor" "Hatayspor" səfərindən 1:2 hesablı məğlubiyyətlə qayıdıb. "Ankaragücü" evində 0:2 hesabıyla "Qaziantep" komandasına uduzub. Emre Belezoğlu'nun çalışdırdığı "İstanbul Başakşəhər" doğma meydanda "Konyaspor"u qəbul edib. Görüşdə hesab fasiləyə iki dəqiqə qalmış açılıb. Özcan dəqiq zərbə ilə meydan sahiblərini hesabda önə çıxarıb. 64-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Turuc komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

  • 30 yanvar 20:59
  • 47
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search