"Argentina" millisi 3 qat Dünya Çempionudur!

18 dekabr 2022 - 23:06

Qətərdə keçirilən Mundialın final matçında "Argentina" və "Fransa" milliləri üz-üzə gəlib. Oyuna fəal başlayan Lionel Skaloni'nin yetirmələri 23-cü dəqiqədə Lionel Messi'nin penalti qoluyla hesabda önə çıxıblar. 36-cı dəqiqədə Aleksis Makkalister'in ötürməsindən ötürmə alan "Yuventus"un üzvü Anhel Di Mariya hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın bitiminə on dəqiqə qalmış "Fransa" yığması fərqi minimuma endirdi. Kilian Mbappe hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi. Buraxılan qolun şokundan ayılmamış "Argentina" qapısında daha bir qol gördü. Mbappe dəqiq zərbə ilə status-kvonu bərpa etdi. Uzatma dəqiqələrində hərəyə bir dəfə fərqlənən komandalar dü120 dəqiqə sonunda 3:3 hesablı brabərliyə razılaşmaları oldular. Mötəbər turnirin qalibini müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyuldu. Burada daha dəqiq oynayan "Argentina" seçmə komandası tarixində 3-cü dəfə Dünya Çempionatının qalibi oldu. 

  • 18 dekabr 23:06
  • 94

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search