Finala gedən yol...
Qətərdə keçirilən Mundial sona çatmaq üzrədir. Sabah Dünya Çempionatının final görüşü keçiriləcək. Həlledici görüşdə "Argentina" və "Fransa" milliləri qarşı-qarşıya gələcəklər. C qrupunda mübarizə başlayan "Argentina" yığması ilk oyununda gözlənilmədən "Səudiyyə Ərəbistanı" seçmə komandasına uduzduqdan sonra çoxları Lionel Skaloni'nin komandasının finala kimi çıxacağını təxmin etmirdi. Lakin ilk görüşdəki məğlubiyyət Argentina'lıları ruhdan salmadı. İkinic matçında "Meksika"ya 2:0 hesabı ilə qalib. "Argentina" yığması qrupda keçirdiyi son görüşündə "Polşa"nı eyni hesabla məğlub edərək qrupu ilk sırada başa vurub 1/8 final mərhələsinə adlamağa müvəffəq oldu. Bu mərhələdə Avstraliya millisinə 2:1 hesabı ikə qalib gələn Lionel Skaloninin öyrənciləri 1/84 final mərhələsində "Niderland" seçmə komandası ilə üzləşdi. Oyunun əsas vaxtı 2:2 hesabı ilə tamamlandığından penalti zərbələrinə ehtiyac duyuldu. Burada daha dəqiq olan "Argentina" yığması yarımfinala yüksəldi. Yarımfinalda "Argentina"nı son Dünya Çempionatının finalçısı "Xorvatiya" gözləyirdi. Rəqibini üç cavabsız qolla məğlub edən Argentina'lılar Mundialın finalına yüksəldi. Həlledici matçda "Argentina"nın rəqibi son Dünya çempionu "Fransa" yığması olacaq. Fransızlara gəlincə Didye Deşam'ın komandası D qrupunda yer alırdı. İlk görüşünü 4:1 hesablı inamlı qələbə ilə tamamlayan "Fransa" seçmə komandası ikinci görüşünündə də üç xalı aktivinə yazaraq qrupdan çıxma missisiyasını yerinə yetirmiş oldu. Qrupdakı sonuncu matçında "Fransa" millisi Tunis"ə minimal hesabla uduzsa da ilk pillədən 1/8 final mərhələsinə adlamış oldu. Bu mərhələdə rəqib Robert Levandovski'li "Polşa" idi. Mbappe'nin dubl etdiyi oyunda "Xoruzlar" "Polşa"nı 3:1 məğlub edərək vətəninə yola saldı. 1/4 final mərhələsindəki rəqib daha iddialı son Avropa Çempionatının finalçısı "İngiltərə" millisi idi. Gərgin mübarizə şəraitində keçən matç yekunda 2:1 hesabı ilə Didye Deşam'ın komandasının xeyrinə yekunlaşdı. Yarımfinaldakı rəqib isə turnirin sürpriz komandası olan "Mərakeş" idi. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan ikiqat Dünya Çempionu həlledici görüşdə eyni sayda kuboku başı üzərinə qaldıran "Argentina" seçməsi ilə qarşılaşacaq.
Нравится
Комментировать
Поделиться