Misli Premyer Liqada 12-ci turun qarşılaşmaları keçirilib.
"Kəpəz" Gəncə'də "Səbail"i 3:0 hesabı ilə məğlub edib. Eyni hesab "Zirə" - "Neftçi" matçında da qeydə alınıb. Lakin burada qonaq komanda sevinən tərəf olub. Son çempion "Qarabağ" Musa Qurbanlı'nın het-trik etdiyi oyunda "Şamaxı"ya 4:0 qalib gəlib. "Turan Tovuz" minimal hesabla bu mövsüm işləri yolunda getməyən "Sumqayıt"ı məğlub edib. Turun mərkəzi görüşü Masazırda "Sabah" və "Qəbələ" komandaları arasında keçirilib. Oyuna fəal başlayan Elmar Baxşıyev'in yetirmələri erkən qola imza atıb. 5-ci dəqiqədə İsnik Alimi adını tabloya yazdırıb. Fasiləyədək başqa qol səsi eşidilməyib. İkinci hissədə təşəbbüsü ələ alan meydan sahibləri 63-ci dəqiqədə istəklərinə çatıblar. Aleksey İsayev'dən ötürmə alan Aleksey Kaşyuk status-kvonu bərpa edib. Matçın bu hesabla yekunlacağı gözlənilsədə sonradan oyuna daxil olan Gürcüstan'lı legioner David Volkov "Sabah"a vacib üç xalı gətitib. Qeydə alınan nəticələrdən sonra "Qarabağ" 33 xalla birinci mövqedə qərarlaşıb. "Qəbələ" üzərindəki əzmkar qələbədən sonra "Sabah" xallarının sayını 31-ə çatdırıb. Aktivində 25 xalı olan "Neftçi" isə 25 xalla ilk üçülyü qapıyır.