"Qarabağ" Fransa səfərindən xalsız qayıdır

28 oktyabr 2022 - 10:02

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan təmsilçimiz "Qarabağ" səfərdə "Nant"ın qonağı olub. Görüşə fəal başlayan meydan sahibləri 17-ci dəqiqədə Şahrudin Məhəmmədəliyev'in kobud səhvindən maksimum yararlanıb. Lüdovik Blas adını tabloya yazdırıb. Fsiləyədək qapılara başqa qol vurulmayıb. İkinci hissədə toparlanan "Köhlən Atlar" 56-cı dəqiqədə Filip Ozobiç dəqiq penalti zərbəsi ilə hesaba tarazlıq gətirib. Lakin təmsilşimizə Fransa səfərindən xal qoparmaq müəssər olmayıb. İqnatius Qanaqo oyuna əlavə olunmuş 3-cü dəqiqədə fərqlənərək komandasına vacib üç xalı gətirib. 

  • 28 oktyabr 10:02
  • 399

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search