Çempionlar Liqası

"Barselona" və "Yuventus" pley-off mərhələsindən kənar qaldı

27 oktyabr 2022 - 16:45

UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun qarşılaşmaları keçirilib. C qrupunda yer alan "Barselona" ötən tur doğma meydanda "İnter"lə 3:3 bərabərə qaldıqdan sonra qruo səddini adlama şansını möcüzələrə saxlamışdı. Həmin möcüzəsinin baş verməsi üçün "İnter" "Cüzeppe Meazza"da "Viktoriya Plzen"i məğlub etməməli və "Barselona" mütləq şəkildə pley*pff şanslarını saxlamaq üçün "Bavariya"ya mütləq şəkildə məğlub etməli idi. Daha erkən başlanan "İnter" - "Viktoriya Plzen" oyunu gözlənildiyi kimi meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatdı 4:0. "Barselona" isə "Kamp Nou"da "Bavariya"ya müqavimət göstərə bilməyərək meydandan 0:3 hesabı ilə məğlub ayrılmışdı. Həm ölkə çempionatında həm UEFA Çempiolar Liqasında işləri yolunda getməyən "Qoca Sinyora" Lissabonda "Benfika"ya məğlub olaraq növbəti pley-off mərhələsindən kənar qalması rəsmiləşdi. 

  • 27 oktyabr 16:45
  • 35
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search