"Topçular" səfərdə xal itirdi

24 oktyabr 2022 - 16:44

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib. Yarış cədvəlinə başçılıq edən "Arsenal" səfərdə "Sautgempton"a qalib gələ bilməyib. Görüş 1:1 hesabı ilə bərabərə tamamlanıb. "Topçular"ı qarabaqara izləyən "Mançester Siti" isə turu qalibiyyətlə qapataraq rəqibinə yaxınlaşıb. "Şəhərlilər"in qurbanı "Brayton" komandası olub 3:1. Turun mərkəzi oyunu Londonda olub. "Çelsi" "Stemford Bric"də "Mançester Yunayted" komandasını ağırlayıb. Fasiləyədək qol səsi eşidilməyib. Oyunun bitiminə üç dəqiqə qalmış Jorjinyo penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. Matçın bu hesabla yekunlaçacağı gözlənilsə də "Qırmızı Şeytanlar" təslim olmayaraq əlavə olunmuş dəqiqələrində Kazemiro'nun baş zərbəsi ilə məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar. "Mançester Siti" və "Vest Hem" qalibiyyətlərinin ardından "Liverpul" gözlənilmədən qonaq meydanda "Nottingem Forest"ə minimal hesabla uduzub. Frank Lampard'ın çalışdırdığı "Everton" evində "Kristal Pelas"ı üç cavabsız qolla məğlub edib. Stiven Cerrard'ın istefasından sonra ilk matçına çıxan "Aston Villa" "Brentford"u darmadağın edib 4:0. "Fulhem" səfərdə 3:2 hesabı ilə "Lids"dən üstün olub. "Vulverhempton" - "Lester" matçında da sevinən tərəf ikincilər olub 0:4. "Tottenhem" doğma meydanda gözlənilmədən "Nyukasl"ın öhdəsindən gələ bilməyib 1:2 Tura bu gün keçiriləcək "Vest Hem" - "Bornmut" görüşü ilə yekun vurulacaq. 

  • 24 oktyabr 16:44
  • 43
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search