"Neftçi" "Bakcell Arena"da "Sabah"a məğlub oldu

24 oktyabr 2022 - 16:04

Ölkə çempionatında 11-ci turun qarşılaşmaları keçirilib. Tura "Qarabağ" - "Turan Tovuz" görüşü ilə start verilib. Görüş gözlənildiyi kimi "Köhlən Atlar"ın qələbəsi ilə yekunlaşıb 3:0. "Qəbələ" evində "Kəpəz"i qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri 20-ci dəqiqəə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla heabda önə keçib. Fasiləyədək qapılara başqa qol vurulmayıb. İkinci hissədə daha yaxşı təsir bağışlayan qonaq komanda 61-ci dəqiqədə Fərid Nəbiyevin uzaq məsafədən vurduğu baxımlı qolla məğlubiyyətdən yaxa qurtara bilib. Samir Abasovun çalışdığı "Sumqayıt" doğma meydanda "Zirə" ilə bacarmayıb 0:2. "Səbail" - ""Şamaxı" görüşündə qol səsi eşidilməyib. Tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulub. "Bakcell Arena"da keçirilən oyunda hesab 37-ci dəqiqədə açılıb. Coy Lens-Mikels dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Ağ-qaralar qapılarında daha bir qol görüb. Emmanuel Apeh adını tabloya yazdıran futbolçu olub. İkinci hissənin başlanğıcında "Sabah" "Neftçi"ni Aleksey İsayevin qoluyla üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 71-ci dəqiqə İsmayıl Zülfüqarlıdan ötürmə alan Ömər Buludov başla fərqlənərək hesab arasındakı fərqi iki topa endirib. Dörd dəqiqə sonra İsmayıl Zülfüqarlı qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin bir nəfər azlıqda qalmasına rəğmən "Neftçi" 83-cü dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi azaltmağa müvəffəq olub. Matçın qalan dəiqələrində qapılara başqa vurulmayınca Murad Musayevin öyrənciləri meydandan üç xalla ayrılıb. Qeydə alınan nəticələrdən sonra "Qarabağ" keçirdiyi örüşlərin hamısında qələbə qazanaraq 30 xalla yarış cədvəlinə başçılıq edir. "Sabah" 28 xalla ikinci mövqedə qərarlaşıb. İlk üçülüyü isə aktivində 22 xalı olan "Neftçi "qapıyır. 

  • 24 oktyabr 16:04
  • 54
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search