İtaliya A Seriyasında 10-cu turun oyunlarına yekun vurulub

18 oktyabr 2022 - 13:15

İtaliya A Seriyasında 10-cu turun oyunlarına yekun vurulub. 

Turun açılış matçında "Empoli" və "Monza" komandaları üz-üzə gəlib. Görüş minimal hesabla meydan sahiblərinin xeyrinə başa çatıb. Turin derbisində "Qoca Sinyora" 74-cü dəqiqədə Serb forvard Duşan Vlahoviç'in yeanə qolu sayəsində qələbə qazanıb. "İnter" "Cüzeppe Meazza"da "Salernitana"dan üstün olub 2:0. "Atalanta" Berqamoda 2:1 hesabı ilə "Sassuolo"nu məğlub edib. Skudettonun son sahibi "Milan" səfərdə "Verona"ya 2:1 hesabı ilə qalib gəlib. "Latsio" - "Udineze" matçında qol səsi eşidilməyib. "Spetsiya" evində "Kremoneze" ilə məhsuldar heç-heçə edib 2:2. Joze Maurinyonun çalışdırdığı "Roma" qonaq meydanda mövsümə uğursuz start verən "Sampdoriya"ya bir cavabsız qolla qalib gəlib. Çempionatın lideri "Napoli" növbəti qələbəsini qazanıb. Luçano Spaletti'nin komandası 3:2 hesabı ilə "Bolonya"dan güclü olub. Tura "Leççe" - "Fiorentina" görüşü ilə yekun vurulub. Fasilə ərəfəsində Assan Sesay meydan sahiblərini hesabda önə çıxarıb. İkinci hissə qonaq komandanın ərazi üstünlüyü şəraitində keçib. 48-ci dəqiqədə Kristian Kuame dəqiq baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib. Qeydə alınan nəticələrdən sonra "Napoli" 26 xalla yarış cədvəlinə başçılıq edir. Aktivində 24 xalı olan "Atalanta" ikinci mövqedə qərarlaşıb. 23 xalı olan "Milan" ilk üçlüyü qapıyır. 

  • 18 oktyabr 13:15
  • 124

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search