"Zirə" Bayıl səfərindən üç xalla qayıdır

10 sentyabr 2022 - 23:33

Misli Premyer Liqada 6-cı turun qarşılaşmaları keçirilir. "Səbail" "Asco Arena"da "Zirə"ni qbul edib. Xatırladaq ki bundan öncəki beşinci turda "Səbail" səfərdə "Sabah"la qolsuz bərabərə qalmışdır. "Zirə" komandası isə "Dalğa Arena"da qəbul etdiyi "Qəbələ"ni 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdır. Oyuna daha yaxşı başlayan qonaqlar erkən qolla hesabda önə çıxmağa müvəffəq oldular. Küncə zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Dmitrios Çantakias adını tabloya yazdıran futbolçu olub. Lakin u qol meydan sahiblırini ruhdan salmayıb. 13-cü dəqiqədə Ağabala Ramazanov yaxın məsafədən topu Anar Nəzirovun qoruduğu qapıdan keçirərək hesabı bərabərləşdirib. Hissənin sonuna 12 dəqiqə qalçış Rəşad Sadıqov'un komandası yenidən hesabda önə çıxıb. Rəhim Sadıqov'un sol cinahdan ötürməsini Sertan Taşkın dəqiq zərbə ilə tamamlayıb. 72*ci dəqiqədə "Səbail"in heyətində Tural Bayramlı qırmızı vərəqə alaraq komanasını azlıqda qoyub. Azlıqda qalmasına rəğmən rəqibi ilə başa-baş mübarizə aparan Mahmud Qurbanov'un yetirmələri son dəqiqələrdə hesabı yenidən bərabərləşdirməyə yaxın olublar lakin Anar Nəzirov çərçivədə inamlı oynayaraq komandasının Bayıl səfərindən üç xalla qayıtmasında önəmli pay sahibi olub.    

  • 10 sentyabr 23:33
  • 69

Digər xəbərlər

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search