Çempionlar Liqası

Çempionlar Liqasında 2022-2023-cü illər mövsümünün startı verilib

08 sentyabr 2022 - 11:29

UEFA Çempionlar Liqasında 2022-2023-cü illər mövsümünün startı verilib. A qrupunda keçirilən hər iki görüşdə meydan sahibləri qələbə qazanıblar. "Ayaks" "Qlazqo Reyncers"i dörd cavabsız qolla məğlub edib. "Napoli" isə "Liverpul"u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. B qrupunda mübarizə aparan "Atletiko Madrid" "Vanda Metropolitano"da "Porto"ya 2:1 hesabı ilə qalib gəlib. "Brügge" - "Bayer Leverkuzen"ə minimal hesabla məölub edib. Ölüm qrupu adlandırılan C qrupunda görüşün favoriti hesab olunan komandalar aktivlərinə üç xal yazdırıblar. "Bavariya" səfərdə "İnter"i 2:0 "Barselona" isə evində "Qarabağı" Çempionlar Liqasının qrup mərhələsindən kənar qoyan "Viktoriya Plzen"i 5:1 hesabı ilə darmadağın edib. D qrupunda keçirilən oyunlarda "Tottenhem" "Marsel"İ 2:0 hesabı ilə üstələyib. UEFA Avropa Liqasının son qalibi "Ayntraxt" Frankfurtda Portuqaliya "Sportinq"inə 0:3 hesabı ilə uduzub. E qrupunun favoriti hesab olunan "Milan" və "Çelsi" ilk turda keçirdiyi görüşdə qələbə qazana bilməyiblər. Son İtaliya çempionu səfərdə "Zalsburq"la bacarmayıb 1:1. İngiltərənin köklü klublarından olan "Çelsi" isə gözlənilmədən Zaqreb səfərindən minimal hesablı məğlubiyyətlə qayıdıb. Bu məğlubiyyətdən sonra London klubunun baş məşqçisi Tomas Tüxel istefaya göndərilib. F qrupunda yer alan turnirin son qalibi "Real Madrid" səfərdə "Seltik"lə görüşdə 3:0 hesabı qalib gəlib. "Leyptsiq" isə evdə gözlənilmədən "Şaxtyor"a rüsvayçı hesabla uduzub 1:4. Turnirin əsas favoritlərindən biri hesab olunan son İngiltərə çempionu "Mançester Siti" qonaq meydanda "Sevilya"ya futbol dərsi keçib. Görüş "Şəhərlilər"in 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Siqnal İduna Park"da "Kopenhagen"i qıbul edən "Borussiya Dortmund" 3:0 hesabı ilə qələbə qazanıb. Sonuncu H qrupunda yer alan "Yuventus" "Park De Prens"də "PSJ"yə 1:2 məğlub olub. "Benfika" - "Makkabi Hayfa" görüşündə Portuqalların 2:0 hesablı qələbəsi qeydə alınıb. 

  • 08 sentyabr 11:29
  • 113

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search