Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 2022-2023-cü illər mövsümün start verilir

06 sentyabr 2022 - 14:04

Bu gün UEFA Çempionlar Liqasında 2022-2023-cü illər mövsümünə start verilir. E qrupunda mübarizə aparan "Çelsi" Mahir Emreli'nin forma geyindiyi "Dinamo Zaqreb" komandasının qonağı olacaq. Qrupun digər matçında son İtaliya çempionu "Milan" qonaq meydanda "Zalsburq" ilə qarşılaşacaq. F qrupunda mübarizə aparan turnirin son qalibi "Real Madrid" Şotlandiya'da "Seltik"in qonağı olacaq. "Leyptsiq" və "Şaxtyor" komandaları Almaniya'da münasibətlərinə aydınlıq gətirəcəklər. G qrupunun favoriti hesab olunan İngilətərə'nin "Mançester Siti" klubu səfərdə "Sevilya" ilə üz-üzə gələcək. Qrupun digər görüşü isə Almaniya'nın Dortmund şəhərində keçiriləcək. Burada "Borussiya Dortmund" Danimarka çempionu "Kopenhagen"lə qarşılaşacaq. H qrupunun favoritləri hesab olunan "PSJ" və "Yuventus" Fransa'da üz-üzə gələcəklər. Portuqaliya'nın köklü klublarından olan "Benfika" doğma meydanda İsrail'in "Makkabi Hayfa" komandasını qəbul edəcək. 

  • 06 sentyabr 14:04
  • 36
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search