"Sabah" yeni mövsümdə ilk xal itkisinə məruz qaldı

04 sentyabr 2022 - 23:52

Misli Premyer Liqada 5-ci turunun oyunları keçirilib. Tura "Kəpəz" - "Qarabağ" matçı ilə start verilib. Son ölkə çempionu Abdulla Zubir'in fasilə ərəfəsində vurduğu yeganə qol sayəsində qələbə qazanıb. "Şamaxı" - "Turan Tovuz" görüşüdə qonaq komandanın minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Ötən tur "Bakcell Arena"da "Zirə"ni məğlub edən "Neftçi"nin bu dəfəki qurbanı "Sumqayıt" komandası olub. Görüş "Flaqman"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lider "Sabah" gözlnilmədən doğma meydanda "Səbail"in müqavimətini qıra bilməyib 0:0. Tura "Zirə" - "Qəbələ" görüşü ilə yekun vurulub. "Dalğa Arena"da keçən oyunda hesabı qonaq komanda açıb. İsnik Alimi 33-cü dəqiqədə penalti zərbəsi ilə fərqlənib. Lakin "Qəbələ" fasilə üstünlüklə yollana bilməyib. Hissənin sonuncu dəqiqəsində Rəhim Sadıqov effekli zərbə ilə tarazlığı bərpa edib. İkinci hissədə də daha fəal gprünən Elmaq Baxşıyev'in yetirmələri hesabda önə çıxmağa müvəffəq olmayıb. Əksinə 74-cü dəiqədə Rəhib Sadıqov daha bir dəfə fərqlənərək komandasına önəmli üç xalı qazandırıb. 

  • 04 sentyabr 23:52
  • 31

Digər xəbərlər

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search