Transfer pəncərəsinin son günündə "Çelsi" iki futbolçunu sıralarına cəlb.edib. London klubu hücum xəttini "Barselona"nın forvardı Pyer Emerik-Obameyanq ilə gücləndirib. Qabonlu futbolçu "Zədəganlar"a 12 milyon avroya başa gəlib. Digər transfer yarımmüdafiə xəttinə olub. "Çelsi" "Yuventus"un futbolçusu Denis Zakariya'nı 1 illik icarəyə götürüb.