"Sabah" liderliyini davam etdirir

29 avqust 2022 - 14:11

Misli Premyer Liqasında 4-cü turun ounlarına yekun vurulub. Lider "Sabah" səfərdə "Qəbələ"ni iki cavabsız qolla üstələyib. "Qarabağ" "Şamaxı" üzərində 4:0 hesablı qələbə qazanıb. "Sabail" doğma meydanda 4:1 hesabı ilə "Kəpəz"i məğlubiyyətə uğradıb. "Sumqayıt" "Turan Tovuz" matçında qol səsi duyulmayıb.  "Zirə"nin qalibiyyətsizlik seriyası 3-ə çatdı. Turun mərkəzi qarşılaşması "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında keçirilib. Oyuna fəal başlayan meydan sahibləri 14-cü dəqiqədə Qodsvey Donyo'nun zərbəsi ilə hesabda önə keçib. Fasiləyədək qapılara başqa vurulmayıb. İkinci hissə başlar-başlamaz təşəbbüsü ələ alan "Zirə" komandası Loris Bronyo'nun əməyi sayəsində penalti vurma hüququ əldə etdi. Nöqtəyə yaxınlaşan Hamidu Keyta dəqiq oynayaraq hesaba tarazlıq gətirib. Matçın sonlarına təzyiqi artıran "Flaqman" 79-cu dəqiqədə qələbə topunu vurmağa müəssər olub. Azər Əliyev adını tabloya yazdırıb. Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 9-a çatdıraraq üçüncü mövqedə qərarlaşıb. Ardıcıl üçüncü oyundur qələbə üzünə həsrət qalan "Zirə" 4 xalla yarış cədvəlində hazırda altıncıdır.

  • 29 avqust 14:11
  • 135

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search