Millimizdən ardıcıl üçüncü qələbə!

28 avqust 2022 - 22:24

Qadın voleybolçulardan ibarət millimiz AVRO2023-ün təsnifat mərhələsində növbəti matçına çıxıb. İlk iki görüşdə "Gürcüstan" seçmə komandasını məğlub edən "Azərbaycan" yığmasının bu dəfəki qurbanı "Avstriya" millisi olub. Voleybol Mərkəzində baş tutan oyunun ilk iki seti eyni hesabla 25:19 Eldar Yusubov'un komandasının xeyrinə yekunlaşıb. Üçüncü setdə oyundan qopan "Avstriya" millisi yığmamızdan cəmi 13 say ala bilib 25:13. D qrupunda mübarizə aparan millimiz keçirdiyi ilk üç görüşünü maksimum nəticə ilə tamamlayıb. Xatırladaq ki, yığma komandamız növbəti oyununu sentyabr ayının 3-də saat 18:00-da elə eyni məkanda Voleybol Mərkəzində"Sloveniya" kollektivinə qarşı keçirəcək. 

  • 28 avqust 22:24
  • 56
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search