AZƏRBAYCAN

"Sabah" "Neftçi"yə qalib gəldi

22 avqust 2022 - 17:39

"Sabah" "Neftçi"ni məğlub etdi.

Misli Premyer Liqasında üçüncü turun oyunları keçirilib. Tura "Şamaxı" - "Səbail" görüşü ilə start verilib. "Şamaxı" komandası oyuna fəal başlamasına rəğmən hesabı açan qonaqlar olub. "Səbail"in heyətində 20-ci dəqiqədə Ruslan Hacıyev adını tabloya yazdırıb. Buraxılan qoldan sonra hücumlarının kəsərini artıran meydan sahibləri fasiləyədək hesabı bərabərləşdirməyə müvəffəq olmayıb. 72-ci dəqiqədə Nahid Quliyev'in sağ cinahdan asmasını başla dəqiq tamamlayan Amil Yunanov tarazlığı bərpa edib. Matçın qalaln dəqiqələrində qapılara başqa qol vurulmayınca tərəflər meydandan sülhlə ayrılıblar. Turun mərkəzi qarşılaşmasında "Sabah" evində "Neftçi"ni qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri artıq 33-cü saniyədə Kristian Sebalyos'la hesabda önə çıxa bilərdi lakin qonaq komandanın qapıçısı İvan Brkiç ustalığını nümayiş etdirərək komandasını real qoldan xilas edib. 5-ci dəqiqədə fərdi ustalığı sayəsində rəqibin iki futbolçusu arxada qoyan Yusuf Laval'ın zərbəsi qapının üstündən keçib. Oyunun 21-ci dəqiqəsində "Sabah"ın qapıçısının kobud səhvindən sonra Kenni Sayef topu boş qapıdan keçirə bilməyib. 37-ci dəqiqədə hakim qonaqların qapısına penalti təyin edib. Nöqtəyə yaxınlaşan Kristian Sebalyos İvan Brkiç'lə dueldən məğlub ayrılıb. 43-cü dəqiqədə Kenni Sayef'in zərbəsi qapı dirəyinə dəyib. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Qodsvey Donyo'dan ötürmə alan Yusuf Laval qapıçını da arxada qoyaraq hesabı açıb 0:1. 77-ci dəqiqədə Anatoli Nuriyev'ə qarşı qaydanı pozan Mert Çelik komandasının qapısına penaltinin təyin olunmasına səbəbkar olub. Aleksey İsayev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 90-cı dəqiqədə rəqibini əks-hücumda yaxalayan "Sabah" Emmanuel Epah'ın sayəsində daha bir penalti vurma fürsəti qazanıb. Qazandığı penaltini özü vurmağa qərar verən Emmanuel Epah dəqiq oynayaraq komandasına üç xalı gətirib. "Kəpəz" - "Qəbələ" oyununda Elmar Baxşıyev'in komandası 3:0 hesabı ilə inamlı qələbə qazanıb. "Dalğa Arena"da keçirilən "Zirə" - "Sumqayıt" görüşü gərgin mübarizə şəraiti altında keçsədə tərəflərdən heç biri fərqlənə bilməyib. "Turan Tovuz" - "Qarabağ" oyunu təxirə salınıb.

  • 22 avqust 17:39
  • 30
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search