İngiltərə Premyer Liqasında yeni mövsümə start verildi. Son çempion "Mançester Siti" səfərdə Erlinq Holand'ın dublu sayəsində "Vest Hem"i 2:0 hesabı ilə məğlub etdi. Çempionluğa iddialı "Liverpul" gözlənilmədən "Fulhem" səfərində xal itkisinə məruz qaldı 2:2. Antonio Konte'nin çalışdırdığı "Tottenhem" yeni mövsümə qələbə ilə başladı. "Sautgempton"u qəbul edən "Mahnızlar" rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Arsenal" səfərdə "Kristal Pelas"dan güclü olub 2:0. "Çelsi" 45-ci dəqiqədə Jorjinyo'nun penalti qoluyla səfərdə "Everton"a minimal hesabla qalib gəlib. "Mançester Yunayted" Old Trafford"da gözlənilmədən "Brayton"a 1:2 hesabı ilə uduzub. "Nyukasl" iki cavabsız qolla "Nottingem Forest"ə qalib gəlib. "Lids"" - "Vulverhempton" matçında da sevinən tərəf meydan sahibləri olub 2:1. Premyer Liqaya qayıdan "Bornmut" ilk turda azarkeşlərini sevindirib. Skott Parker'in komandası "Aston Villa"ya 2:0 hesabı ilə qalib gəlib. "Lester" - "Brendford" matçı məhsuldar heç-heçə ilə yadda qalıb 2:2.
