Bundesliqada yeni mövsümün startı verilib

08 avqust 2022 - 09:32

Almaniya Bundesliqasında yeni mövsümə start verilib. İlk tur məhsuldarlığı ilə yadda qalıb. Keçirilən doqquz görüşdə qapılara 33  qol vurulub. Bu qolların 15-i meydan sahiblərinin, 18-i isə qonaq komandaların payına düşüb. Son illərin dəyişilməz çempionu "Bavariya" səfərdə "Ayntraxt"a futbol dərsi keçib 6:1. Qeyd edək ki, Münhen klubunun heyətində yeni transfer Sadio Mane Bundesliqada qol hesabını açıb. Çempionluq yolunda "Bavariya"ya əsas rəqib olacağı gözlənilən "Borussiya Dortmund" "Siqnal İduna Park"da "Bayer Leverkuzen"ə minimal hesabla qalib gəlib. "Leyptsiq" səfərdə "Ştutqart"ın qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə sonuclanıb. Berlin derbisində "Union Berlin" "Herta"nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Auqsburq" evində "Frayburq"a böyükhesabla uduzub 0:4. Ötən mövsümü uöursuz keçirən "Borussiya Münhenqladbax" cari çempionata uğurla start verib. Daniel Farke'nin komandası "Hoffenhaym"a 3:1 hesabı ilə qalib gəlib. "Bohum" doöma meydanda "Mayntz"la bacarmayıb 1:2. "Volfsburq" - "Verder Bremen" görüşü məhsuldar heç-heçə ilə yekunlaşıb 2:2. Tura "Köln" - "Şalke" oyunu ilə yekun vurulub. Bu mövsüm yenidən Bundesliqaya qayıdan Helzenkirhen təmsilçisi azarkeşlərini sevindirə bilməib. Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 

  • 08 avqust 09:32
  • 302

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search