"Qarabağ" ölkə kubokunun qalibidir

28 may 2022 - 20:11

"Qarabağ" Ölkə Kubokunun sahibidir!

Qəbələ'də keçirilən final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəlib. Görüşün favoriti "Köhlən Atlar" hesab olunsalar da hesabı "Zirə" komandası açıb. 17-ci dəqiqədə Coşğun Diniyev'in ötürməsini Hamidu Keyta qola çevirib. Bərabər səviyyədə keçən ilk hissədə qapılara başqa qol vurulmayıb. Hesabda geri düşən Qurban Qurbanov'un yetirmələri ikinci hissədə hücumlarının kəsərini daha da artırıb. Bunun məntiqi nəticəsi olaraq Abdulla Zubir'in qolu tablodakı rəqəmləri eyniləşdirib. Matçın qalan dəqiqələrində hesab dəyişməyib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Burada daha çox ehtiyyatlı oyun sərgiləyən hər iki tərəf qələbə qolunu vuran bilməyiblər. Nəticədə penalti seriyasında kubokun sahibinin adına aydınlıq gəlib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Qarabağ" komandası ölkə kubokuna sahib çıxıb.

  • 28 may 20:11
  • 164

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search