Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Ramil Vəlizadə Çexiyanın Ostrava şəhərində beynəlxalq turnirdə 200 metr məsafəyə batterflay üsulla üzmədə 2.02.35 nəticə ilə gümüş medal qazanıb. Digər idmançımız Məryəm Şeeyxəlizadəngah isə 50m batterflay 27.91 nəticə ilə bürünc medala layiq görülüb.