STOLÜSTÜ

Stolüstü tennis üzrə milli komanda Türkiyəyə yollanıb

26 aprel 2022 - 17:28

Stolüstü tennis üzrə milli komanda Türkiyəyə yollanıb. Stolüstü tennis üzrə milli komanda İslam Həmrəylik Oyunlarına hazırlığa başlayıb. Əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar. Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihat Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa may ayının 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq. Qeyd edək ki, İslam Həmrəylik Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil ediləcək.

  • 26 aprel 17:28
  • 35
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search