"Real Madrid" qələbələri sıralamağa davam edir

21 aprel 2022 - 16:44

Ötən tur drammatik qarşılaşmada "Sevilya"nı səfərdə 3:2 hesabı ilə məğlub edən "Real Madrid" ölkə çempionatının 33cü turu çərçivəsində "Osasuna"nın qonağı olub. Oyuna fəal başlayan "Kral Klubu" 12-ci dəqiqədə David Alaba'nın 12-ci dəqiqədə yaxın məsafədən endirdiyi dəqiq zərbə sayəsində hesabda önə çıxıb. Lakin Karlo Ançelotti'nin komandası qolun sevincini cəmi bir dəqiqə yaşayıb. Anti Budimir topu boş qapıdan keçirərər adını tabloya yazdırıb. 45-ci dəqiqədə Marko Asensio komandasını yenidən hesabda önə çıxarıb. 52 və 59-cu dəqiqədə iki dəfə penalti vurma haqqı qazanmasına baxmayaraq "Real Madrid" hesab arasındakı fərqi artıra bilməyib. Hər iki epizodda La Liqanın bombardiri Kərim Benzema "Osasuna" klubunun qolkiperi Serxio Herrera ilə dueldan məğlub ayrılıb. Buna baxmayaraq qonaqlar oyuna əlavə olunmuş dəqiqələrdə Lukas Vaskez'in qoluyla sayəsində fərqlənərək oyunda yekun nəticəni müəyyənləşdirib 1:3. Bu qələbə sayəsində "Real Madrid" xallarının sayını 78-ə çatdıraraq çempionluq yolunda önəmli addım atmış oldu. 

  • 21 aprel 16:44
  • 133
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search