Braziliya A Seriyasında ikinci turun oyunları keçirilib. Turun açılış oyununda "Qoyas" və "Palmeyras" qarşı-qarşıya gəlib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Tanınmış futbolçu Villian Borges'in çıxış etdiyi "Korintians" doğma meydanda 3:0 hesabı ilə "Avay" komandasına qalib gəlib. Qeyd edək ki, meydan sahiblərinin hər üç qolunun müəllifi Quedes olub. "Braqantino" "Atletiko Qoyanense"nin qapısından dörd cavabsız top keçirib. "Kuiba" - "Fluminense" oyununda qonaq komanda minimal hesabla qələbə qazanıb. "Santos" evində qəbul etdiyi "Koritiba"nı 2:1 hesabı ilə məğlub edib. Eyni hesab "İnternasional" - "Fortaleza" matçında da qeydə alınıb. Bu görüşdə də birincilər sevinən tərəf olub. "Atletiko Paranaense" - "Atletiko Mineyro" matçının taleyini bir qol həll edib. Bu görüşdə qonaq komanda qələb qazanıb. David Luiz'in forma geydiyi "Flamenqo" doğma meydanda "Sao Paolo"ya 3:1 hesabı ilə qalib gəlib. "Amerika" evində qəbul etdiyi "Yuventude"ni 4:1 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Turun son matçında "Seara" və "Botafoqo" üz-üzə gəlib. Oyuna fəal başlayan qonaq komanda 18-ci dəqiqədə Viktorun qouyla hesabda önə çıxıb. Fasiləyə iki dəqiqə qalmış Lima hesabı bərabərləşdirib. İkinci hissədə hücumlarının kəsərini artıran "Botafoqo" 60-cı dəqiqədə Erison'un dəqiq zərbəsi ilə yenidən hesabda önə keçib. 80-ci dəqiqədə Erison oyunda son nöqtəni qoyub 1:3.
Flamenqo - Sao Paolo 3:1
Korintians - Avay 3:0
Santos - Koritiba 2:1
İnternasional - Fortaleza 2:1
Atletiko Paranaense - Atletiko Mineyro 0:1
Amerika - Yuventude 4:1
Kuiba - Fluminense 0:1
Qoyas - Palmeyras 1:1
Braqantino - Atletiko Qoyanense 4:0
Seara - Botafoqo 1:3.