"Qarabağ" "Şamaxı"ya futbol dərsi keçib

18 aprel 2022 - 17:15

Ölkə çempionatında 23-cü turun oyunlarına yekun vurulub. Turun açılış matçında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Ötən tur gözlənilmədən "Səbail"ə 0:3 hesabı ilə məğlub olan Elmar Baxşıyev'in yetirmələri "Sumqayıt"la görüşdə favorit hesab olunsalarda yalnız son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara biliblər. Görüş 1:1 hesabı ilə bərabərə sonuclanıb. Yarış cədvəlinə başçılıq edən "Qrabağ" "Şamaxı" komandasını meydana çıxmağa peşman edib. "Qarabağ" bu görüşdə rəqibin qapısından 8 cavabsız top keçirib. Üç qolun qyedə alındığı "Zirə" - "Səbail" oyununda birincilər qələbəyə sevinən tərəf olub 2:1. Turun mərkəzi qarşılaşması "Baksell Arena"da baş tutub. "Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə'nin 5-ci dəqiqədə öz qapısından keçirdiyi top görüşdə vurulan yeganə qol olub Bu qələbə sayəsində Samir Abasov'un öyrənciləri yarış cədvəlində qərarlaşdığı ikinci sıradakı mövqeyini möhkəmləndirib. Turnir cədvəlinə isə keçirdiyi 22 oyuna 55 xal toplayan "Qarabağ" başçılıq edir. 

  • 18 aprel 17:15
  • 31
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search