"Real Madrid" çempionluğa doğru növbəti addım atdı

18 aprel 2022 - 16:39

İspaniya La Liqasında 32-cü turun qarşılaşmaları olub. Turun ən maraqlı oyunu "Sevilya" şəhərində keçirilib. Şəhərin eyniadlı komandası yarış cədvəlində ilk pillədə qərarlaşan "Real Madrid"i qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri 21-ci dəqiqədə istəklərinə nail olublar. İvan Rakitiç cərimə zərbəsindən baxımlı qola imza atıb. Buraxılan qolun şokundan ayılmamış Karlo Ançelotti'nin yetirmələri dörd dəqiqə sonra ikinci dəfə qapılarında qol görüblər. Bu dəfə zədəsini yenicə sağaldan Erik Lamela adını tabloya yazdırıb. İkinci hissədə toparlanan "Kral Klubu" oyunda geri-dönüş etməyə bacarıb. Öncə 50-ci dəqiqədə Rodriqo Daniel Karvaxal'ın sol cinahdan ötürməsini məntiqi sonluqla başa çatdıraraq hesab arasındakı fərqi azaldıb. Matçın bitiminə səkkiz dəqiqə qalmış Naço Fernandez hesaba tarazlıq gətirib. Oyuna əlavə olunmuş dəqiqələrdə isə bu mövsüm möhtəşəm çıxış edən Kərim Benzema fərqlənərək komandasına vacib qələbə gətirib. La Liqanın son qalibi "Atletiko Madrid" son dəqiqələrdə Yannik Fereyra Karrasko'nun dublu sayəsində "Espanyol"a 2:1 hesabı ilə qalib gəlib. Çempionlar Liqasında "Bavariya"nı sürpriz şəkildə mübarizən kənarlaşdıran "Vilyareal" ölkə çempionatında da uöurlu nəticə əldə edib. "Madrid" səfərinə yollanan Sualtı Qayıqlılar" "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib. "Valensiya" evində qəbul etdiyi "Osasuna"ya 1:2 hesabı ilə uduzub. Ötən tur drammatik matçda "Barselona"ya 2:3 hesabı ilə yenilən "Levante" acığını "Qranada"dan çıxıb. "Levante" rəqibini 4:1 hesabı ağır məğlubiyyətə uğradıb. "Atletik Bilbao" - "Selta" görüşündə qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb. Viqo şəhərinin təmsilçisinin heyətində komandanın lderi Yaqo Aspas və Fran Beltran fərqlənib. "Alaves" evində qəbul etdiyi "Rayo Vallekano"nu minimal hesabla məğlub edib. Tura bu gün keçiriləcək "Barselona" - "Kadis" matçı ilə yekun vurulacaq. Qeydə alınan nəticələrdən sonra aktivində 75 xalı olan "Real Madrid" yarış cədvəlinə başçılıq edir. Hərəyə 60 xalı olan "Barselona", "Sevilya" və "Atletiko Madrid" müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşürlər. Keçirdiyi 32 oyundan sonra 57 xal toplayan "Betis" beşinci sırada qərarlaşıb. 

  • 18 aprel 16:39
  • 86
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search