Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. "Stemford Bric"də "Çelsi"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" doğma meydanda turnirin son qalibinə 2:3 hesabı ilə məğlub olsada növbəti mərhələyə adlayıb. 1/8 final mərhələsində "Yuventus"u mübarizədən kənarlaşdıran "Vilyarreal" bu mərhələdə daha bir sensasiyaya imza atıb. Bu dəfə Unay Emeri'nin yetirmələri favoritlərdən biri hesab olunan "Bavariya" ilə səfərdə 1:1 bərabərə qalaraq yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, "Vilyareal" ilk görüşdə rəqibini minimal hesabla məğlub etmişdir. "Liverpul" Portuqaliya'da 3:1 hesabı ilə məğlub etdiyi "Benfika" ilə evində məhsuldar heç-heçə edib 3:3. "Etihad Stedium"da "Atletiko Madrid"ə 1:0 hesabı ilə qalib gələn "Mançester Siti" səfərdə qolsuz bərabərə qalaraq yarımfinala yüksəlib.
