"Murov" və "Abşeron" qələbə qazandı

13 aprel 2022 - 21:35

Bu gün qadın voleybolçular arasında 11-ci turun oyunları keçirilib. Bu mövsüm zəif təsir bağışlayan "Azerreyl" "Abşeron"la ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən ilk set "Abşeron" komandasının 25:23 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci setdə də Famil Ağayevin yetirmələri rəqibinə iki xal fərqi ilə uduzub. Üçüncü setdə "Abşeron" voleybolçuları daha rahat qələbə qazanıb 25:19. Günün digər matçında "Murov" və "UNEC" komandaları üz-üzə gəlib. Bu oyunda da qalibi müəyyən etmək üçün üç set yetərli olub. İlk setdə 25:15 ikinci setdə 25:11 üçüncü  setdə isə 25:18 hesabı ilə qələbə qazanan "Murov" yarış cədvəlində qərarlaşdığı üçüncü mövqeyini qoruyub. Turnir cədvəlinə isə aktivində 33 xalı olan "Abşeron" komandası başçılıq edir.  

  • 13 aprel 21:35
  • 78
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search