İtaliya A Seriyasında 32-ci turun oyunlarına start verilib. Ötən tur doğma meydanda minimal hesabla "İnter"ə məğlub olan "Yuventus" Sardiniya'da "Kalyari"nin qonağı olub. Görüşə fəal başlayan meydan sahibləri Joao Pedro'nun 10-cu dəqiqədə vurduğu qol sayəsində hesabda önə çıxıb. Buraxılan qoldan sonra təşəbbüsü ələ alan "Qoca Sinyora" fasilə ərəfəsində hesabı bərabərləşdirməyə macal tapıb. Xuan Kuadrado'nun ötürməsini Mateys De Liqt məntiqi sonluqla başa çatdırıb. İkinci hissədə daha da fəallaşan qonaqlar oyunun bitiminə 15 dəqiqə qalmış qələbə qolunuda vurmağa müvəffəq olublar. Komandaya qış transfer pəncərəsində qoşulan Serbiya'lı forvard Duşdan Vlahoviç adını tabloya yazdırıb. Qeyd edək ki, bu qol Vlahoviç'in Turin təmsilçisinin heyətində A Seriyasında vurduğu 5-ci qolu olub.