"Altınordu" və "EFA" əməkdaşlığa başlayır

26 mart 2022 - 19:08

EFA rəhbərliyi yaxın günlərdə Türkiyənin məşhur futbol Akademyalarından biri sayılan "Altınordu" FK ilə əməkdaşlıq çərçivəsində qardaş ölkənin İzmir şəhərinə yollanacaq.

Əldə etdiyimiz məlumata əsasən, Türkiyədə ölkəmizin ən uğurlu uşaq futbol məktəbi sayılan EFA-nı direktor Vüsal Mustafayev və klubun baş meneceri Kamran Bayramov başda olmaqla digər inzibati işçilər və həmçinin aşağı yaş qruplarının məşqçiləri təmsil edəcək.

Səfərin proqramında "Altınordu" FK rəhbərliyi, həmçinin müxtəlif yaş qruplarının koordinatorları və məşqçiləri ilə görüşlər, eləcə də İzmir klubunun strukturu, məşq prossesləri və bazaları ilə yaxından tanışlıq nəzərdə tutulur.

  • 26 mart 19:08
  • 138
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Search